Modern.az

Eldar Namazov Gürcüstandan yeni mesajlarla qayıtdı

Eldar Namazov Gürcüstandan yeni mesajlarla qayıtdı

Ülke

27 Fevral 2013, 13:06

Ziyalılar Forumunun həmtəsisçilərindən olan politoloq Eldar Namazov gözlənilməz Gürcüstan səfərini başa vuraraq Azərbaycana qayıdıb. Bunu Modern.az-a açıqlamasında Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, kinossenarist Eldəniz Quliyev bildirib. Eldar Namazovun Bakıya yenicə gəldiyini deyən E.Quliyev bir saatdan görüş keçirəcəklərini deyib. E.Quliyev Eldar Namazovun Gürcüstan səfəri ilə bağlı “EL” hərəkatının ofisində toplanacaqlarını vurğulayıb.

“Eldar Namazov hal-hazırda Bakıdadır. O artıq Gürcüstan səfərindən qayıdıb. Biz bir saatdan sonra onunla görüşəcəyik. Səfərinin məqsədi, onun Gürcüstanda kiminlə görüşməyini haqda o özü danışsa, daha yaxşı olar. Biz “EL” hərəkatının yeni ofisində görüşəcəyik. Bu, Ziyalılar Forumunun görüşü deyil. Sadəcə ikimiz görüşəcəyik”-deyə qeyd edib.

E.Quliyev həmçinin “EL” hərəkatı ilə bağlı yaxın günlərdə yeni mesajların veriləcəyini qeyd edib:

“Bu yaxınlarda “EL” hərəkatı özünün yeni mesajlarını verəcək. Hərəkat yaxın iki həftə ərzində elan olanacaq”.

Xatırladaq ki,  E.Namazovun Gürcüstan səfərinin təfərrüatları açıqlanmasa da, səfərin əsas məqsədinin “EL” hərəkatı elan edilmədən öncə Rüstəm İbrahimbəyovla bu haqda məsləhətləşmələrin aparılması göstərilir. R.İbrahimbəyov bu aralar Gürcüstanda olub.

Anar RÜSTƏMOV 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı