Modern.az

Bakı Dövlət Universitetində dekanların müşavirəsi keçirildi - AÇIQLAMA

Bakı Dövlət Universitetində dekanların  müşavirəsi keçirildi - AÇIQLAMA

Ölkə

21 Fevral 2014, 21:51

Bakı Dövlət Universitetində fakültə dekanların iştirakı ilə tələbələrin problemlərinə dair fövqəladə toplantı keçirilib. Bunu Modern.az saytına açıqlamasında BDU-un mətbuat xidməti də təqdiqləyib.

“Şənbə günü BDU-da iş günü olmadığına görə bu gün dekanların və digər rəhbər işçilərin xahişləri nəzərə alınaraq, Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemləri ilə bağlı müşavirə keçirilib”-deyə BDU-nun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, toplantıda müzakirə əsasında problemlər operativ olaraq həll edilib və bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Həmin tələbələr həftənin 1-ci günü (24 fevral 2014-cü il) fakültə dekanlıqlarından nəticələr haqqında məlumat ala bilərlər.

Rektor Abel Məhərəmovun bu gün verdiyi məlumata görə, BDU-da təhsil alan 3200-ə yaxınının akademik borcu var

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı