Modern.az

Azərbaycanda partiyalar hara meyilldir: Qərbə, yoxsa Rusiyaya?

Azərbaycanda partiyalar hara meyilldir: Qərbə, yoxsa Rusiyaya?

Страна

5 May 2014, 13:16

Politoloq Qabil Hüseynli Azərbaycandakı siyasi partiyaları siyasi və ideoloji baxımdan təhlil edib.

Modern.az-a açıqlamasında politoloq ölkəmizdə Qərb və Rusiya meylli partiyaların adlarını çəkib.

 

 Onun fikrincə, Yeni Azərbaycan Partiyası Qərb ideyalarına üstünülük versə də, Rusiya ilə də münasibətlərdə balanslaşmış siyasət yürüdür. “Yeni Azərbaycan Partiyası proqramında qeyd olunuduğu kimi millətçi mövqedə dayanan, eyni zamanda qabaqcıl demokratik ideyaları özündə birləşdirən siyasi təşkilatdır. Qərb dəyələrinə yaxın olduğu üçün bu partiya mərkəzçiliyə də yaxınıdr. İqtidarda olduğu üçün YAP Qərb və Rusiya arasında balanslaşmış siyasət yürüdür. Yəni Avropa dəyərlərindən yaralansa da, Rusiya və digər ölkələrinlə də yaxşı münasibətlərdə olmağa çalışır”.

  Politoloqun fikrincə, müxalifət düşərgəsinin aparıcı partiyaları isə Qərbyönlü və millətçi mövqedə dayanıblar. “Müxalifər partiyalarından danışsaq, Azərbaycan Milli İstiqlal partiyası özünü millətçi partiya kimi təqdim edir. Musavat və AXCP, ADP partiyaları da sağ təmayüllü, mühafizəkar partiyalardır. Musavatın bununla bağlı ideoloji bazası da mövcuddur”-deyə ekspert bildirib.  

 Qabil Hüseynlinin fikrincə, ölkədəki solçu partiyalar etiraf etməsələr belə Rusiyaya meyl edirlər. “Sosial-Demokrat və Kommunist partiyaları solçu partiyalar hesab olunur. Bunu etiraf etməsələr də Kommunist partiyası Rusiyaya meyl edən partiyadır. Bundan başqa, kommunistlərlə sosial-demokratlar arasında ideoloji fərqliliklər var. Sosial-demokratlar Avropa dəyərlərinə daha çox üstünlük verirlər”.  

 

 

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı