Modern.az

Arazın yeni qolu Xəzərə nə vaxt qovuşacaq? (yeni fotolar)

Arazın yeni qolu Xəzərə nə vaxt qovuşacaq? (yeni fotolar)

Ölkə

21 İyun 2010, 10:24

st1:*{behavior:url(#ieooui) }

Son günlər Arazda suyun səviyyəsinin azalması çayın mayın 31-də açılan yeni qoluna buraxılan suyun da həcminə təsir edib. Qeyd edək ki, mayın 31-də Bəhramtəpə su qovşağından Araz çayının yeni qolu açılanda qolda su sərfi saniyədə 100m3 təşkil edirdi. Suyun istiqaməti tam müəyyən edildikdən sonra su sərfinin saniyədə 300m3-ə qədər artırılması nəzərdə tutulurdu. Amma son vaxtlar qola buraxılan suyu nəinki artırıblar, əksinə bir qədər də azaldıblar. Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən Modern.az-a verilən məlumata görə, hazırda yeni qola çox az miqdarda, 10-15 kubmetr su axıdılır. Onun da Xəzərə nə vaxt çatacağını heç kim bilmir.

Yeni qolla su 6 rayondan - İmişli, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala, Lənkəran

dan keçməklə dənizə çatmalıdır. Bəhramtəpədən başlayan yeni qolun uzunluğunun 130 km olacağı gözlənilir. Amma yeni qola buraxılan su azaldıldığından Biləsuvar güclə çatıb, oradan isə irəli gedə bilmir. Bu günlərdə Arazın yeni qolunun keçdiyi ərazidə olan əməkdaşımız oradan bir neçə fotoşəkil çəkib. Şəkildən də görünür ki, qolda su çox azdır və isti yay fəslində belə axınla yeni qol çətin ki Xəzərə qovuşsun.

 

 

 

 

Modern.az  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı