Modern.az

Bu qurumda maaşlar artırıldı - QƏRAR

Bu qurumda maaşlar artırıldı - QƏRAR

Ölkə

15 Aprel 2026, 17:46

Baş nazir Əli Əsədov Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin maaşlarının artırılmasına dair qərar imzalayıb.

Modern.az xəbər verir ki, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada 1,5-3 dəfə artım əmsalları tətbiq edilib.

Sözügedən qərarla büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləğində dəyişiklik edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı