Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio bu gün İrəvanda qarşılıqlı anlaşma haqqında memorandum imzalayacaqlar.
Modern.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Rubio erməni həmkarı ilə saat 15:30-da birbaşa hava limanında görüşəcək, sənədin imzalanması isə saat 16:00-a planlaşdırılıb.
İmzalanacaq memorandumun məzmunu açıqlanmır.
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi 25 may tarixində ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri barədə məlumat vermişdi. Məlumata əsasən, Mirzoyan və Rubionun görüşünün nəticələrinə görə ikitərəfli sənədlərin imzalanması planlaşdırılır və tərəflər mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.