Modern.az

Karapetyan Qarabağı tərk etmiş ermənilərə “yağlı vədlər” verir

Karapetyan Qarabağı tərk etmiş ermənilərə “yağlı vədlər” verir

Dünya

Bu gün, 09:33

7 iyun tarixli parlament seçkilərindən sonra baş nazir olmağa iddia edən “Güclü Ermənistan” partiyasının lideri, milyarder Samveı Karapetyan Qarabağı tərk etmiş ermənilərə “yağlı vədlər” verir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, dünən Qarabağdan köçmüç ermənilərlə görüşüb.

Karapetyan Ermənistanın hazırkı hakimiyyətinin onlara alçaldıcı münasibət göstərdiyini vurğulayıb.

O həmçinin bəyan edib ki, Qarabağdan erməni əhalisinin çıxmasına görə məsuliyyət Ermənistanın indiki hakimiyyətinin üzərinə düşür.

Samvel Karapetyan bildirib ki, ermənilərin Qarabağa geri qayıdışı məsələsi onun siyasi gündəliyinin əsas istiqamətlərindən biri olacaq.

“Ümidinizi itirməyin. Artsaxlıların təhlükəsiz geri dönüşü məsələsini diplomatik yolla - düzgün diplomatiya vasitəsilə həll edəcəyik”, - deyə Karapetyan söyləyib.

Onun sözlərinə görə, Qarabağ məsələsi dövlət gündəliyinin ən vacib mövzularından biri olaraq qalmalıdır.

“Bu, əsas vəzifələrimizdən biri olacaq, narahat olmayın - biz əlimizdən gələni edəcəyik”, - deyə Karapetyan Qarabağı tərk etmiş erməniləri şirnikləndirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı