Qətərin vasitəçiliyi sayəsində ABŞ və İran Tehranın dondurulmuş maliyyə aktivləri məsələsində qarşılıqlı anlaşmaya gəliblər.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” yüksək səviyyəli İran nümayəndə heyəti ilə Dohadakı rəsmi şəxslər arasında aparılan danışıqların gedişindən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu problemin həlli İran tərəfi üçün prinsipial əhəmiyyət daşıyırdı. Bu məsələdə əldə olunan uğur ABŞ və İran arasında rəsmi razılaşmanın artıq sabah elan olunacağı ehtimalını əhəmiyyətli dərəcədə artırır.