Modern.az

ABŞ-İran atəşkəsi daha 60 gün uzadılacaq

ABŞ-İran atəşkəsi daha 60 gün uzadılacaq

Dünya

Bu gün, 09:22

ABŞ və İran döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılıq əldə olunduqdan təxminən 30 gün sonra Hörmüz boğazının gəmiçilik üçün açılmasını nəzərdə tutan planı müzakirə edirlər.

Modern.az xəbər verir ki, bu barədə “Nikkei” nəşri Yaxın Şərqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, saziş imzalandıqdan sonra nəzərdə tutulan bu 30 günlük keçid dövründə İran boğazı dəniz minalarından tam təmizləməyi öhdəsinə götürəcək. Müddət başa çatdıqdan sonra bütün ölkələrin gəmiləri marşrut üzrə sərbəst və təhlükəsiz hərəkəti bərpa edə biləcək, Tehran isə tranzit rüsumlarının alınmasını dayandıracaq.

Mənbə əlavə edib ki, tərəflərin aprelin əvvəlində razılaşdırdığı atəşkəs rejimi daha 60 gün uzadılacaq. Döyüş əməliyyatlarında nəzərdə tutulan bu iki aylıq fasilədən İranın nüvə proqramı üzrə birbaşa danışıqlar aparmaq üçün istifadə edilməsi planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı