Modern.az

Qalmaqallı məhkum Lamiyə Quliyeva azadlığa buraxıldı - FOTOLAR

Qalmaqallı məhkum Lamiyə Quliyeva azadlığa buraxıldı - FOTOLAR

کشور

20 Fevral 2015, 13:35


Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək, 10 il müddətinə həbs olunmuş məhkum Lamiyə Quliyeva bu gün azadlığa buraxılıb.

Modern.az saytı xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protestə baxılıb. Hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə Baş Prokurorluğun protesti təmin edilib və Lamiyə məhkəmə zalından azadlığa buraxılıb.

1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilib, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən məhkum olunublar.

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Sonradan Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb. Baş Prokurorluq isə 2015-ci il fevralın 4-də bu cinayət işindən protest verib. 

Həbs müddətində rəsmi nikahda olmayan Lamiyə Quliyeva uşaq doğub. Uşağın atasının kimliyi ilə bağlı bir neçə iddialar səsləndirilsə də, nəhayət məsləyə aydınlıq gətirilib. Bildirilib ki, bu, 1984-cü ildə Ağsuda anadan olmuş Elnur Rəsulovdur. Onun özü də şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılıb. Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri də sübut edib.

Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Guya, Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb.






Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı