Modern.az

AXCP-Müsavatın cəmi 23 namizədi qeydə alınıb

AXCP-Müsavatın cəmi 23 namizədi qeydə alınıb

Country

12 Oktyabr 2010, 14:27

Azərbaycanın iri müxalifət partiyaları sayılan AXCP və Müsavatın parlament seçkilərində iştriak etmək üçün vahid siyahı üzrə irəli sürdüyü 100 namizəddən bu günə qədər 23 nəfər rəsmən deputatlığa namizəd kimi qeydə alınıb. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətindən məlumat verilib. Rəsmən qeydə alınanlar arasında hər iki partiyanın rəhbərləri olan Əli Kərimli və İsa Qəmbər daxil olmaqla bir neçə funksioner də var. 

Xatırladaq ki, AXCP-Müsavat seçki bloku  100-dən yuxarı vahid namizəd müəyyənləşdirib. Bundan əlavə bir neçə dairədə müstəqli namizədləri dəstəkləyir. Bu namizədləri içindən Erkin Qədirli, Elşad Musayev, Əhməd Oruc, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu da rəsmən qeydə alınıblar.

Modern.az      

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı