Modern.az

Azərbaycanda 100 mindən çox psixi xəstə var

Azərbaycanda 100 mindən çox psixi xəstə var

Ülke

5 Sentyabr 2015, 13:18

Azərbaycanda psixi xəstələrin sayı açıqlanıb. Modern.az saytı xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, psixi xəstələtin sayı azalıb.  

Rəsmi statistikaya görə, Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınmış psixi xəstələrin sayı 4276 nəfə olub. Bu, psixi xəstələrin sayında  azalma müşahidə olunduğunu göstərir. Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə alınmış psixi xəstələrin sayı 2000-ci ildə 6907 nəfər, 2005-ci ildə 5621 nəfər, 2010-cu ildə 4984, 2012-ci ildə 4948, 2013-cü ildə isə 4904 nəfər olub.

Bildirilir ki, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı  102807 nəfər təşkil edib, halbuki, 2013-cü ildə bu rəqəm 124134 olub.

Amma bəzi psixoloqların fikrincə, rəsmi statistika gerçəkliyi əks etdirmir. Bu, onunla əsaslandırılır ki, psixi xəstələrin heç də hamısı rəsmi qeydiyyata düşmür.

Psixoloqlar psixi xəstələnmənin səbəblərindən bir kimi insanların sosial-iqtisadi vəziyyəti göstərirlər. Psixoloq Aytən Əhmədova deyir ki, ümumi götürəndə insanlara ictimai-siyasi, sosial-iqtisadi vəziyyət çox güclü təsir edir.
“İndiki zəmanədə olan ədalətsizlik və haqsızlıqların olması, sağlamlığın kifayət qədər təmin olunmaması da insanlara mənfi təsir göstərir”.
Psixoloq psixi xəstələrin çoxalmasını həm də digər amillərlə də əlaqələndirir: “İnsanların yaxınlarını itirməsi üzündən şəxsi faciələrin baş verməsi, qaçqın və bəzi ailələrin ağır şəraitdə yaşaması, işsizlik, sosial problemlərin artması, ailələrdə olan münaqişələr, insanların informasiya bolluğuna düşməsi də psixi xəstələnmələrə səbəb olur”.
A.Əhmədova gənclər arasında psixi pozğunluğun artmasından narahatdır: “Gənclərin müəyyən bir iş yeri tapa bilməməsi onlarda əsəb gərginliyi yaradır. Bundan başqa onların iradəsi və sinir sistemi zəifləyir, daim  həyacan içərisində olurlar. Nəticədə onlarda sinir sistemi pozulur”.

Müsahibimiz yaşlı təbəqə arasında da bu cür halların olduğunu bildirir. Onun sözlərinə görə, bəzi insanlar indiki dövrə uyğunlaşa bilməkdə çətinlik çəkirlər: “Bəziləri yaşamaq, qalib gəlmək və pozitiv hisslər ətrafında hərəkət etmək istəmirlər. İnkişafın belə bir dəyişkən vəziyyətinə insanlar hamısı hazır deyil. Bu da sonda gərgin vəziyyətə gətirib çıxarır”.

Qeyd edək ki, Azərbaycandakı psixiatriya (ruhi) xəstəxanalarına pasiyentlər ilk növbədə şizofreniya, şizoid tipli və sayıqlama ilə müşayiət olunan xəstəliklərlə əlaqədar qəbul olunurlar.


Leyla Əfqan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı