Mövzum tamam başqa idi, teleaparıcılardan, tratuarı zəbt etmiş “moyka”lardan, keyfiyyətsiz dərmanlardan yazacaqdım. Yaza bilmədim, yazmaq istədim, gördüm onları başqa bir mövzu qabaqlayır. Mətbuatın intibah dövründə çalışdığım və hələ də nostalji hisslərlə xatırladığım “7 gün” qəzetində bir həmkarım o qədər informasiya yazmışdı ki, bir gün araşdırma işləmək istədi və gördü ki, onu da informasiya kimi yazıb. İndi mən sadaladığım mövzuları işləmək üçün kompüter arxasına keçdim, bir də gördüm ki...
Bu səhər Ramil Səfərov yamanca içimə dolub, mənəviyyatımı silkələyib. Əslində sən heç yadımdan çıxmırsan, mənim balaca qardaşım. Səni belə çox istəyirəm balaca, nisgilli qardaş kimi. Sən mənim Qarabağ qədər, Cəbrayıl qədər yaralı yerimsən, əbədi sızlayan, həzin bir musiqidən, adi toxunuşdan, ehtiyatsız sözdən inildəyən, sonra o iniltisi qanaxmaya dönən yaralı yerim.
Sən mənim iç dünyamda illərdir yaratdığım bir əsərin süjet xəttisən. Nə vaxtsa vərəqlərə köçürüb çap etdirəcəyim Qarabağ mövzulu bir əsərin süjet xətti. Hələ bu yazdıqlarım sadəcə səninki qəbilli dərdlərlə dolmuş qəlbimdən gələn bir damladır, yaş dolu gözdən yanağa süzülən bircə damla göz yaşı kimi.
“Onlar mənim doğulduğum torpağı mənim doğum günümdə işğal ediblər, hələ də işğal altındadır” –dedin. Bu bir-neçə kəlmənin arrxasında hansı nisgil uyuduğunu yabançı ölkənin səni mühakimə edən və yalnız qatil gözündə görən məhkəməsi hardan bilə bilərdi.
Qatil adam öldürənə deyirlər, o yabançı, yaşadıqlarımızdan bixəbər soyuq mühakiməçilər hardan bilsinlər ki, erməni ilə adam arasında heç bir bağlantı yoxdur. Sən sadəcə bostanına soxulub əl zəhmətinlə becərib yetişdirdiyin məhsulları yağmalayib, dirriyi viran qoyan ziyankar heyvanı öldürmüsən. Hələ dünya ictimayyətinə bizim qonşuların iç üzləri açılmayıb. Heç açılmayacaq da, çünki beləsi iç üzünü məharətlə gizlədib mələk cildində görünməkdə mahirdir. Adi məişətdə qonşun pis olursa, ətrafda səni elə pis qələminə vurub özünü haqlı çıxardır ki, sonda özündən bədgüman olub, sadəlövlüklə başlayırsan özünə tənqidi yanaşmaya. Qonşumuz elələrindəndir. Atalar deyib ki, qonşun pisdir köç qurtar. Atalar da bu yerdə bir balaca yanlışlığa yol veriblər. Bizim atalarımızdır də belə deyib bizə insanlıq, humanistlik aşılayıblar. Daha deməyiblər ki, qonşun pisdir, sən ona elə pis ol ki, evini qoyub köçüb getməli olsun. İndi qalmışıq iki dılğırın əlində, haqlıykən haqsızıq.
Səni bilirsən niyə çox istəyirəm? Çünki, o heyvanı hansı hisslərlə həyatdan məhrum etdiyin mənə çox tanışdır. Sənin doğma torpağını, evini, qarğıdan düzəltdiyin atın belində cövlan etdiyin ormanları mənimdir-deyib qarmalayan dılğırın biri üstəlik də qarşında oturub hər dəqiqə əsəblərini qıcıqlandırsın, səni etdiyin hərəkətə təhrik etşin. Bunu özünü sənin yerində hiss edə bilməyi bacaran kəs qədər kim anlaya bilər. Sən dünya ictimayyəti deyilən məfhumun gözündə qatil, mənim üçün elə Mübariz İbrahimov qədər qəhrəmansan. O, da eynilə sən yaşadığın anları yaşadığı üçün hücum çəkib qətlə yetirdi, fərq ondadır ki, o bunu cəbhədə elədi, sən dinc şəraitdə. Bizim sübut etməyə iqtidarımız (iqtidarımızın gücü) çatmadı ki, dinc şəraitdə də içindəki müharibəni yaşayırsan. Sən bu sübut edə bilməməyin qurbanısan. Sən heç özünü, ailəni, qarşıda səni gözləyən parlaq gələcəyi düşünmədin, bizi, ümumi mənafeyi düşündün, biz bir səni düşünə bilmədik. Hər an cəbhə bölgəsində dənlənən ixtisaslı zabitlərdən biri olsun-dedik. Anlamadıq ki, səni müdafiə edə bilsək son qələbə də bnizim olardı. Haqlı olduğumuzu sübut etmiş olardıq. Haqsız olduq, haqlıykən haqsüız da qaldıq. Haqqımız yad əllərdə oyuncaqdır, istədikləri kimi bizim haqqımızdan bizim əlehimizə istifadə edə bilirlər. Söz yox, bu torpaq yenə sizdən yetişdirəcək, söz odur ki, yenəmi onlardamı haqsızlığa qurban gedəcəklər və biz belə qeyrətsizliyi boynumuza ala-ala hara qədər daşıya biləcəyik..?