Modern.az

Bağdaddakı partlayışda 11 nəfər ölüb, 39 nəfər yaralanıb

Bağdaddakı partlayışda 11 nəfər ölüb, 39 nəfər yaralanıb

Eğitim

26 Aprel 2016, 00:04


Bağdadda baş verən partlayış nəticəsində 11 nəfər həlak olub, 39 nəfər isə xəsarət alıb. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi təhlükəsizlik qüvvələrinə və tibbi mənbələrə istinadən yayıb.

Məlumata görə, paytaxtın şərqində şiələrin birgə yaşadığı rayonda avtomobil partladılıb. Hələ heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.  

Hadisə ilə bağlı araşdırma aparılır.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı