Modern.az

Azay Quliyev türkiyəli jurnalistlərlə görüşüb

Azay Quliyev türkiyəli jurnalistlərlə görüşüb

Eğitim

20 İyul 2011, 17:32

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlərdən bir qrupu ilə görüşüb. Görüşdə Türkiyə və Azərbaycan qeyri-hökumət təşkilatları, eləcə də medianın əməkdaşlığı məsələləri müzakirə edilib.

Türkiyədən Azərbaycana gələn media nümayəndələrindən ibarət heyət bir neçə gündür ölkəmizdədir. Heyətə «Todays Zaman» qəzetinin əməkdaşı Abdullah Bozkurt, «Zaman» qəzetinin əməkdaşı İsa Yazar, «Milliyyət» qəzetinin yazarı Murat Pazarçı, «Radikal» qəzetinin əməkdaşı Tarıt İşık, «Hürriyyət» qəzetinin əməkdaşı Cansu Çənlibel və «Haber türk»ün əməkdaşı Saliha Kösən daxildir.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı