Modern.az

Havalar sərinləşəcək

Havalar sərinləşəcək

Образование

2 İyul 2013, 13:35

Azərbaycan ərazisində yaxın 2-3 günərzində hava nisbətən sərin keçəcək, qısamüddətli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, küləkli, yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir. 

Məlumata görə, iyulun 3-ü səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

İyulun 4-də də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 18-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında iyulun 3-də əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli, intensiv olacağı ehtimal olunur. Arabir güclənən qərb küləyi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq. 

İyulun 4-də də Azərbaycanın rayonlarında əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli intensiv olacağı ehtimal olunur. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

 

Modern.az                     

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı