Modern.az

İcra başçısı “Hərəyə bir qızılgül əkək” kampaniyası keçirir

İcra başçısı “Hərəyə bir qızılgül əkək” kampaniyası keçirir

Eğitim

1 Fevral 2014, 15:43

Bu gün Füzuli rayonda ekologiyanın və ətraf muhitin qorunması və bərpası mövzusunda geniş müşavirə keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssissə və təşkilatlar, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirədə ekoloji tarazlığın qorunması, bərpası, ətraf mühitin mühafizəsi, bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə söhbətlər, müzakirələr aparılıb. Məlumat verilib ki, iki ildən artıq müddətdə rayon ərazisində 95000 – dən  ağac və kol, 60000 müxtəlif növdən olan dekorativ güllər əkilib. Əkilmiş ağaclardan 35000 ədədi çinar, 12000 ədədi liandra, 4000 ədədi kanisparis, 3000 ədədi fittoniya, 2000 ədədi fattinya, 2000 ədədi amerikanka, 15000 ədədi ebomus, 12000 ədədi sərv, 10000 ədədi eldar şamıdır.
Həmçinin məlumat verilib ki, rayon ərazisində “Hərəyə bir qızılgül əkək” kampaniyası keçirilir. Kampaniya çərçivəsində 120 min ədəd qızıl gül kolu əkiləcək və artıq bu kolların 50 minə yaxını artıq əkilib və işlər sürətlə davam etdirilir.

Alı Alıyev çıxışında rayonun ərazisinin bütün kəndlər və qəsəbələr daxil olmaqla çox qısa bir müddətdə iməcilik işlərinin görüldüyünü, ərazinin təmizlənərək ekoloqlara təhvil verildiyini nəzərə çatdırıb. İcra başçısı rayonda ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində verilmiş tapşırıqlardan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası olunduğu söyləyib, bu istiqamətdə daha ciddi tədbirlərin görülməsi üçün müvafiq struktur bölmələrinə və tabeli qurumlara konkret tapşırıqlar verib.    
                           








Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı