Modern.az

“Alov qüllələri” Fransanın “France 5” kanalında

 “Alov qüllələri” Fransanın “France 5” kanalında

Eğitim

23 Mart 2014, 23:26

Fransada geniş yayılmış və tamaşaçılar tərəfindən daim izlənilən “France 5” televiziya kanalında martın 23-də “Azərbaycanın nəhəng tikililəri“ adlı 50 dəqiqəlik veriliş yayımlanıb.

Aparıcı Denny Forster verlişin əvvəlində yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycanda XX əsrin başlanğıcından etibarən neft çıxarıldığı, keçmiş sovetlər birliyinin süqutundan sonra müstəqillik əldə edən ölkəmizin iqtisadiyyatının sürətli inkişafı sayəsində Bakının simasının ildən-ilə dəyişdiyi, son illər paytaxtımızda dünyanın ən mürəkkəb və maraqlı memarlıq layihələri əsasında analoqu olmayan abidələrin inşa olunduğu barədə fransız tamaşaçılarına ətraflı məlumat çatdırılıb.

Verilişdə əsasən Heydər Əliyev Mərkəzindən və “Alov qüllələri”ndən bəhs olunub. Hər iki memarlıq abidəsində müasir texnologiya sayəsində mürəkkəb quraşdırma işlərinin aparıldığı diqqətə çatdırılmış, dünyanın tanınmış memarı Zaha Hadidin layihəsi əsasında tikilən mərkəzin interyeri, müxtəlif tədbirlər üçün nəzərdə tutulan zalları öz geniş əksini tapmışdır. Eyni zamanda “Alov qüllələri”nin tikintisinin çox mürəkkəb şəraitdə həyata keçirildiyi və üç hündür binanın axşamlar şəhərə xüsusi yaraşıq verdiyi vurğulanıbdır.

Həmçinin verilişdə paytaxtımızın müasir abidələri arasında Bayraq meydanının xüsusi maraq doğurduğundan, şəhərimizin qonaqlarında böyük təəssürat yaratdığından da söhbət açılıb.

Bakının Dağüstü parkında yerləşən Şəhidlər xiyabanından danışan müəllif 24 il əvvəl öz müstəqilliyini bərpa etmək arzusu ilə dinc nümayişlər keçirən xalqımıza Sovet rejimi liderlərinin əmri ilə amansızlıqla divan tutulması, yüzlərlə silahsız insanın vəhşiliklə qətlə yetirilməsi, onların Şəhidlər Xiyabanındakı qardaşlıq qəbiristanlığında dəfn olunması haqqında məlumat verilib.

Azərbaycanda müxtəlif milli azlıqların və etnik qrupların yerli xalqla əsrlər boyu dostcasına və mehriban şəraitdə yaşadıqları, Azərbaycan tolerantlığının digər ölkələrə nümunə olduğu verilişdə xüsusi qeyd olunub.

“France 5” televiziya kanalının bu verilişi erməni lobbisinin güclü olduğu Fransa kimi ölkədə Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri yaymaq baxımından diqqətə layiqdir. AzərTAc

Modern.az       
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı