Modern.az

TQDK-dan Tibb Universiteti ilə bağlı açıqlama

TQDK-dan Tibb Universiteti ilə bağlı açıqlama

Təhsil

27 Mart 2014, 12:21


Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsini 2014-cü il iyul ayında keçirəcək.
Həmin imtahanda iştirak edəcək namizədlər üçün “İmtahana buraxılış vərəqi”nin çapı həmin ərəfədə həyata keçiriləcək və bu barədə öncədən məlumat veriləcək.
Bu haqda TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

 

Misranə Həsənzadə  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı