“ Din ayrıca fənn kimi məktəblərdə tədris olunmur. Ancaq müəyyən fənlərdə, məsələn, dərsliklərdə tolerantlıq və bütün dinlərə hörmət mövzusunda materiallar yerləşdirilib. “Həyat bilgisi” dərsində uşaqların yaş qruplarına uyğun olaraq dini bilgilər verilir”.
Modern.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov açıqlama verib. “Bu dərslərdə müxtəlif dünya dinləri barədə məlumat verilir, uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək baxımından materiallar var və bunlar tədqiq olunur. Bundan sonra da bu məsələ nəzərdə saxlanılacaq”.
Rafiq Qənbərov