Azərbaycan Turizm İnstitutunun dekanı iş başında infarkt keçirib.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə bu gün saat 18:00 radələrində qeydə alınıb.
Azərbaycan Turizm İnstitutunun dekanı, 62 yaşlı Nəsir Nəsirli infarkt diaqnozu ilə Kardiologiya İnstitutuna yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. /apa/