Türkiyədə Fəthullah Gülənin “nurçu” camaatına qarşı əməliyyatlar davam edir. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində Ankara Əmniyyət Kəşfiyyat Dairəsindən dörd polis rəisi həbs olunub.
Qeyd edək ki, bu gün Adanada 9 polis əməkdaşı da əməliyyatlar çərçivəsində həbs olunub.
Modern.az