Modern.az

Sərdar Cəlaloğlu: “Ağabəy Əsgərov Heydər Əliyevin xidmətlərini yanlış şərh edib”

Sərdar Cəlaloğlu: “Ağabəy Əsgərov Heydər Əliyevin xidmətlərini yanlış şərh edib”

Təhsil

15 May 2014, 17:16


“Azərbaycan” nəşriyyatının direktoru, YAP Siyasi Şurasının üzvü Ağabəy Əsəgərovun müsahibəsindəki bəzi fikirlər ermənilər üçün göydəndüşmə olub. Belə ki, Əsgərov mərhum dövlət başçısı Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana etdiyi xidmətlərdən söz açarkən onun Dağlıq Qarabağda və ümumilikdə ölkədə demoqrafik vəziyyəti dəyişmək üçün addımlar atdığını bildirib. Bu isə necə deyərlər, Ermənistan mətbuatı üçün Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün əsas verib.  

ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki,  Ağabəy Əsgərov Heydər Əliyevin fəaliyyətini, xidmətlərini yanlış ifadələrlə şərh edib: “Söhbət Heydər Əliyevin xidmətlərini qabartmaqdan gedir. Məsələ ondadır  ki, SSRİ zamanında demoqrafik proseslər ermənilər tərəfindən dəyişdirilirdi. Heydər Əliyev isə erməni təxribatının qarşısını alan müəyyən addımlar atırdı. Etiraf etməliyik ki, Heydər Əliyev azərbaycanlıların mövcudluğunu qorumaq üçün addımlar atırdı. Heydər Əliyevin siyasəti nəticəsində Ermənistandan hələ deportasiyadan qabaq azərbaycanlılar Azərbaycana gəlirdi. Kimisi təhsil üçün, kimisi iş üçün. Heydər Əliyev soydaşlarımızın Azərbaycanda yaşayıb-yaratması üçün geniş imkanlar yaratdı”.  

ADP lideri Ağabəy Əsgərovun mərhum eks-prezident Əbülfəz Elçibəyi təhqir edərək onu avara adam adlandırmasına isə sərt münasibət bildirib. “Bu, onun tərbiyəsizliyindən xəbər verir. Əbülfəz Elçibəy Azərbaycan xalqının prezidenti olub. Onun hansısa yanlışlıqlarına görə təhqir etmək yolverilməzdir. Ağabəy Əsgərov təbii ki, tərbiyəsizlik edib. Onun kimilər Əbülfəz Elçibəy kimi adamları xalqın ürəyindən silə bilməzlər”.    

Aqşin Kərimov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı