Modern.az

Tərtərdə şagirdlər narkomaniya əleyhinə toplaşıblar

Tərtərdə şagirdlər narkomaniya əleyhinə toplaşıblar

تحصیلات

22 May 2014, 10:19

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Tərtər şəhərində yerləşən F.Orucov adına tam orta məktəbdə və 1 nömrəli tam orta məktəbdə “Gələcək sağlam gənclərindir!” adlı tədbir keçirib.

  Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat verib, gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanıb.    İŞagirdlərə birlik tərəfindən hazırlanmış koynəklər paylanılıb.   Tədbirlərdə QHT Şurasının, Tərtər rayon İcra Hakimiyyətinin, təhsil, gənclər, idman idarələrinin nümayəndələri, məktəblərin şagird və müəllimləri iştirak ediblər.  

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı