Modern.az

Teatr Xadimləri “gizli qurultay”da öz yeni sədrini seçəcək

Teatr Xadimləri “gizli qurultay”da öz yeni sədrini seçəcək

Eğitim

23 İyun 2014, 14:29

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIII qurultayı keçirilir. Modern.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, xaric ölkələrdən gəlmiş qonaqlar, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər. Konfransın mandat komissiyasının üzvləri təsdiqlənib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov konfransın sədri seçilib.
Daha sonra qurumun sədri ATXİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov hesabat məruzəsi ilə çıxış edib. Çıxışdan sonra ATXİ-nin təftiş komissiyasının hesabatı dinlənilib.

Qurultayda həmçinin sədr və rəhbər işçilər də seçiləcək.

Qeyd edək ki, qurultay naməlum səbəbdən media üçün qapalı şəkildə keçirilir.

Elmin Nuri

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı