Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.
Modern.az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.
Qurban Qurbanovun komandası səfərdə Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gələcək. Doğma meydanda rəqibinə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu səfərə böyük ümidlərlə yollanıb.
Komandamız güclü “Zalsburq”la oyunda uğurlu nəticə qazanmaqla play-off mərhələsinə yüksələ bilər. Bu, baş verərsə, Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixinə düşəcək. Çünki indiyədək klublarımızdan heç biri Çempionlar Liqasının play-off mərhələsinə yüksələ bilməyib. “Qarabağ”ın bu işin öhdəsindən necə gələcəyi böyük maraqla gözlənilir.
***
Avstriyanın “Zalsburq” klubu Ağdamın "Qarabağ" komandasını məyus edib: 1-0.
"Qarabağ"ın qapısından topu 18-ci dəqiqədə zalsburqlu Martin Hinteregger keçirib.
***
Zalsburq - Qarabağ oyununda hesab dəyişib: 2-0.
2-ci qola 34-cü dəqiqədə yenə də Martin Hinteregger imza atıb.