Modern.az

Tanınmış rejissor Rövşən Almuradlı xəstəxanaya düşdü

Tanınmış rejissor Rövşən Almuradlı xəstəxanaya düşdü

Eğitim

12 Avqust 2014, 17:01


Tanınmış rejissor Rövşən Almuradlı xəstəxanaya yerləşdirilib. Bu haqda rejissorun oğlu Kamal Almuradlı məlumat verib. Modern.az xəbər verir ki, rejissorun oğlu atasının ürək ağrılarından əziyyət çəkməsi səbəbindən xəstəxanaya yerləşdirildiyini qeyd edib: “Dünən ürəyindəki kəskin ağrılarla əlaqədar reanimasiyaya yerləşdirdik”.

R.Almuradlı 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissorudur.

2013-cü ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzv olub. 2014-cü ildə VHP sədrinin mədəniyyət məsələləri üzrə müşaviri təyin olunub.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı