Modern.az

Elçibəyin oğlu QƏZƏBLƏNDİ: “Mənim işlə təmin olunmağımı kim yazıb?”

Elçibəyin oğlu QƏZƏBLƏNDİ: “Mənim işlə təmin olunmağımı kim yazıb?”

Eğitim

22 Avqust 2014, 11:20

 

“Mənim Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmağımı kim yazıb?” Bunu Modern.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.  

Onu təbrik edəndə isə “Bunu hansı saytlar yazıb? Siz nə danışırsınız?” - deyə əsəbi cavab verib. “Yeni işinizə nə vaxt başlayacaqsınız” sualına isə “ümumiyyətlə, heç nə danışmaq istəmirəm. Sağ olun!” – deyərək telefonunu söndürüb.

Qeyd edək ki, Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılıb.  

Ərturqut  Əliyevin dayısı Mirmöhsün Mahmudov isə saytlara açıqlamasında xəbəri təsdiqləyərək əlavə edib ki, Ərturqut FHN-də kurs keçir və 3 aydan sonra işlə təmin olunacağı gözlənilir.    

Namidə BİNGÖL


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı