Milli Məclisin deputatı Əhməd Vəliyev avqustun 18,19 və 20-də növbəti dəfə Azərbaycanın qərb qapısı olan Qazax rayonunun düşmən Ermənistanla üzbəüz kəndlərində seçiciləri ilə görüşüb.
Modern.az xəbər verir ki, ilk öncə son atışmalarda Kəmərli kəndində qəhrəmancasına şəhid olmuş Böyük Cəfərli kənd sakini, 4 övlad atası, hərbiçi gizir İsa Almazovun yas mərasimində iştirak edib və mərhumun ailəsinə diqqət yetirilib.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə və rayon rəhbərliyinə razılıqlarını bildiriblər.
Eyni zamanda millət vəkili rayon rəhbərliyi ilə birgə birbaşa Ermənistanla həmsərhəd olan, mənfur ermənilərlə üzbəüz dayanan Kəmərli, Qaymaqlı, Aslanbəyli, Yuxarı Salahlı, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və s. kəndlərdə, həmçinin rayon mərkəzində yerli əhaliylə görüşmüş, onları narahat edən problemlərlə maraqlanmışdır.Qaldırılan problemlərin operativ həlli istiqamətində aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılıb.
Yüksək əhval –ruhiyyədə olan sərhəd kəndlərinin əhalisi doğma torpaqlarına bağlılıqlarını ifadə etmişlər.Peşəkar Azərbaycan Ordusuna,onun igid əsgərlərinə ümumən Ali Baş Komandan- möhtərəm Prezdentimiz İlham Əliyev cənablarının apardığı uğurlu siyasətə ürəkdən inanan və bu siyasətdən ruhlanan, tarixən mənfur, haqsız erməni daşnaklarının qabağından heç zaman qaçmayan əksinə onları qabaqlarına qatmış bu mərd, cəsur , dözümlü insanlar “hətta məsləhət bilinərsə Ali Baş komandanın rəhbərliyi ilə biz bir əsgər kimi ermənlərə cavab verə bilərik fikrini” söyləyiblər.
Sevindirici odur ki , bu sərhəd kəndlərindən bir nəfər belə öz ev-eşiyini tərk etməyib.


Modern.az