Modern.az

Təhsil şöbəsinin yol qəzasına düşən işçisi dünyasını dəyişdi

Təhsil şöbəsinin yol qəzasına düşən işçisi dünyasını dəyişdi

Eğitim

25 Avqust 2014, 14:20

Bir neçə gün öncə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində “Toyota-Prado” və VAZ 21014 markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölmüş, 5 nəfər yaralanmışdı.
Modern.az-ın məlumatına görə, həmin hadisədə ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilən yaralılardan biri – Cəbrayıl rayon Təhsil şöbəsinin kadrlar üzrə məsləhətçisi Allahverdi Səmədov da dünyasını dəyişib. Mərhum uzun illər idi ki, rayon Təhsil şöbəsinin tanınmış əməkdaşıydı.
Qeyd edək ki, qəzada yaralananlardan biri onun qardaşıdır.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı