Modern.az

Müsavatın Göygöl rayon təşkilatının sədri saxlanıldı

Müsavatın Göygöl rayon təşkilatının sədri saxlanıldı

Eğitim

27 Avqust 2014, 12:27

Bu gün səhər saatlarında Müsavat Partiyasının Göygöl Rayon Təşkilatının sədri Subatay Quluzadə saxlanılaraq, polis idarəsinə aparılıb.

Onun saxlanılmasının səbəbləri məlum deyil. Artıq 2 saata yaxındır ki, onun telefonuna zəng çatmır.

Bu barədə musavat.com-a məlumatı Müsavat Divanının üzvü Tural Abbaslı verib.

O bildirib ki, Subatay Quluzadə sonuncu dəfə polis idarəsinin önündən zəng vurub: “Neçə vaxt idi ki, Subatay bəy davamlı olaraq, polis idarəsinə çağırılırdı. İzahatlar alınıb, buraxılırdı. Bu gün isə yenidən idarəyə dəvət olunub. Ehtimal var ki, həbs ediləcək. Sonuncu dəfə 2 saat öncə zəng vurmuşdu.

O zamandan əlaqə saxlamaq mümkün deyil. Telefonunu qardaşına verəcəyini demişdi. Görünür, imkan verməyiblər”.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı