Modern.az

Azərbaycanda bağça yaşlı uşaqların ümumi sayı açıqlandı

Azərbaycanda bağça yaşlı uşaqların ümumi sayı açıqlandı

Təhsil

27 Avqust 2014, 12:51

   

“2014-cü ilin əvvəlin olan məlumata görə, vəziyyətinə ölkə üzrə 1-5 yaşda uşaqların sayı 810300 nəfər təşkil edib. Onların 21,2 faizi (171900 nəfər) Bakı şəhərinin, 78,8 faizi (638400 nəfər) isə regionların payına düşür”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildiriblər. Komitədən qeyd edilib ki, bağça yaşındakı uşaqların 107699-sı bağçaya gedir.

2014-cü ilin əvvəlinə Azərbaycan Respublikasının iqtisadi və inzibati rayon və şəhərləri üzrə dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisələri üzrə məlumat aşağıdakı kimidir: 

İqtisadi və inzibati rayonlar

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı

Azərbaycan Respublikası - cəmi

107699

Bakı şəhəri

32269

Ölkənin digər regionları

75430

 

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı