Modern.az

Poroşenko: “Avropa Birliyi bizə yeni silahlar verəcək”

Poroşenko: “Avropa Birliyi bizə yeni silahlar verəcək”

Образование

31 Avqust 2014, 01:07


Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Birliyi ölkələrinin ölkəsinə hərbi-texniki yardım göstərməyə hazır olduğunu bəyan edib.  

Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna rəhbəri Brüsseldə keçirdiyi mətbuat konfransında Kiyev hakimiyyətinin Avropa Birliyinə üzv ölkələrlə əlaqələrini möhkəmləndirdiyini vurğulayıb. Onun sözlərinə görə Avropa İttifaqı Ukraynaya müasir silahlar verməyi planlaşdırır.    

“Avropa Birliyi bəzi silahların verilməsi ilə bağlı embarqosunu aradan götürüb. Avropa Birliyi yeni siyahı ilə silah verilməsini genişləndirəcək”.  

Pyotr Poroşenko  onu da qeyd edib ki, Avropa Birliyi həmçinin Ukraynaya maliyyə yardımı da göstərəcək və bu məqsədlə təşkilat öz büdcəsindən 1 milyard avro kredit verəcək.  

Modern.az      


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı