Modern.az

Gəncədə şəkər xəstələri iki aydır pulsuz dərman ala bilmirlər - ŞİKAYƏT

Gəncədə şəkər xəstələri iki aydır pulsuz dərman ala bilmirlər - ŞİKAYƏT

Təhsil

8 Sentyabr 2014, 12:53

Gəncə şəhər sakini Niyaz Novruz oğlu Niyazov Modern.az-a şikayət məktubu göndərib. Məktubu olduğu kimi təqdim edirik:

“Hörmətli redaksiya rəhbərliyi, ikinci aydır ki, şəkər xəstəsi olan həyat yoldaşımın dərmanlarını Səhiyyə Nazirliyi yollamır. Bu dərmanları necə ediblər? Bu bizə məlum deyil. Gəncədə poliklinikada deyiblər ki, Səhiyyə Nazirliyi yollamayıb. Aylıq maaşla dolanan insanlar şəkər xəstəsini necə saxlamalıdırlar? Səhiyyə Nazirliyinə şikayət yazmışıq. Onlar isə bizim şikayətləri heç veclərinə almırlar. Hələ indiyə kimi heç bir izah da vermirlər ki, dərmanlar niyə gəlmir. Hər halda anlayırsınız ki, bunun bir izahı olmalıdır. Səhiyyə Nazirliyi vətəndaşları vecinə almır.

Dərdimizi sizə yazdıq ki, bəlkə bu işə müdaxilə etmək iqtidarında olasınız və bu barədə bizlərə cavab yazasınız. Borc almaqla şəkər xəstəsi saxlamaq olarmı ? Görünür ki, bu işlərə nəzarət edənlərdə azərbaycanlı qanı yoxdur. Sizdən rica edirəm ki, şikayətimizlə əlaqədar olaraq bizə bir məlumat verəsiniz”.

“Səhiyyə Nazirliyi rayon və bölgələrə dərman paylamır. Nazirliyin büdcəsinə gələn maliyyədən müəyyən hissə yerli icra hakimiyyətlərinin büdcəsinə verilir. Xəstəxanaların təmiri, dərmanların alınması, işçilərin maaşı, texniki məsələlər bu büdcə hesabına həyata keçirilir. Gəncədə lazımi pereparatları vaxtında almayıblarsa, bu onların qüsurudur”.

Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli baş vermiş şikayətə aydınlıq gətirərkən söylədi. “Bizdə olan məlumata görə baş vermiş problemi aradan qaldırmaq, dərman pereparatlarını almaq üçün səylər göstərirlər. Həmçinin ağır xəstələr artıq dərmalarla təmin olunub”.


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı