Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejim ictimai nəqliyyatda gediş haqlarını artırıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Xankəndi şəhər rəhbərliyinin qərarına əsasən, oktyabrın 1-dən ictimai nəqliyyatdan istifadə 50 faiz bahaşalacaq. Sərnişin daşımalarını həyata keçirən “Mqer” və “Step-Servis” şirkətlərinin açıqlamasına görə, 2007-ci ildən bəri separatçı qurumda gediş haqları artırılmayıb. Halbuki, yanacaq-sürtgü materiallarının qiymətləri ildən-ilə artırdı.
Şəhər sakinləri isə separatçı rəhbərliyin qərarına etiraz etmək niyyətində deyil. Şəhər sakinlərindən biri, II qrup əlil “şəhərdə hamı bir-birilə qohumdur, ya da tanışdır”, - deyərək etiraz etməyəcəyini bildirib. Daha bir şəhər sakini isə təqaüdlərin minimal həyat səviyyəsini təmin etmədiyi halda atılan bu addımı insafsızlıq kimi dəyərləndirib.
Xatırladaq ki, bundan əvvl 2011-ci ildə Dağlıq Qarabağda ictimai nəqliyyatda gediş haqları 20 faiz artırılıb.
Vüqar İsmayılov