Modern.az

Nigar Yaqublu “İsmayıllı işi”ndən yazdı: “Atam yenə həbsdə qaldı, iki nəfər azadlığa çıxdı”

Nigar Yaqublu “İsmayıllı işi”ndən yazdı: “Atam yenə həbsdə qaldı, iki nəfər azadlığa çıxdı”

Təhsil

24 Sentyabr 2014, 17:26


Ötən ilin yanvar ayında İsmayıllıda baş verən hadisələrə görə həbs edilənlərdən ikisi azadlığa çıxıb. Modern.az-ın məlumatına görə, bu barədə “İsmayıllı işi”nə görə həbs edilən Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu özünün facebook səhifəsində məlumat verib.

Nigar Yaqublu bildirib ki, bu gün Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə Anar Həsənov və Qəmbər Agamalıyevin apelyasiya şikayəti təmin olunub və onlar məhkəmə zalından azadlıga buraxılıb. “Məhkəmə bitdi. Ata ilə (yəni Tofiq Yaqublu – red.) İlqar bəy (İlqar Məmmədov – red.) yenə həbsdə qaldı”, - deyə N. Yaqublu qeyd edib.   

Qeyd edək ki, məhkəmənin qərarı ilə  İsmayıllı iğtişaşlarına görə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, Müsavat başqanının müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

(Anar Həsənov) 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı