Modern.az

13 oktyabrın hava PROQNOZU

13 oktyabrın hava PROQNOZU

Eğitim

13 Oktyabr 2014, 02:15


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s.
Havanın temperaturunun Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında - əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi 5-10 m/s. Temperaturun gecə 6-11° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - əsasən yağmursuz keçəcək. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında - əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman ehtimalı var. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı