Modern.az

“İrəli”nin sədri: “ Münasibətdə olduğum xanım var, amma...” - MÜSAHİBƏ

“İrəli”nin sədri: “ Münasibətdə olduğum xanım var, amma...” - MÜSAHİBƏ

تحصیلات

20 Oktyabr 2014, 14:55

 

Modern.az  “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun lent.az-a verdiyi müsahibəni təqdim edir.

Arayış:

Mirhəsən Seyidov 1989-cü ildə Sumqayıtda anadan olub. 2005-ci ildən gənclər sektorunda fəaliyyət göstərir. 287 saylı “Zəkalar” liseyini bitirdikdən sonra, Azərbaycan Universitetində bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində isə magistratura pilləsi üzrə təhsil alıb. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başladığı fəaliyyətindən sonra, elə həmin qurumda müxtəlif departamentlərin rəhbəri, həmçinin sədr müavini vəzifəsində çalışıb. Mirhəsən Seyidov Azərbaycanda Avropa Hərəkatının idarə heyətinin sədri, Dünya Türk Gəncləri Birliyi Azərbaycan nümayəndə heyətinin rəhbəri və  “Avroviziya”nın Azərbaycandakı rəsmi Fan Klubunun sədri vəzifələrini yerinə yetirib.

- “İrəli”  İctimai Birliyi 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaranıb. Hərəkatın əsas hədəfləri dövlət siyasətin dəstəkləmək idi və “İrəli” bu missiyasını uğurla yerinə yetirə bildi. 2008-ci ildən isə adıçəkilən Hərəkat ictimai birlik kimi fəaliyyətini davam etdirir. "İrəli" İB bu gün  gənclərin ictimai-siyasi həyatında böyük rol oynayır. Ölkəmizdə müxtəlif istiqamətlər üzrə çalışan fəal gənclər "İrəli"də birləşiblər. Yarandığı 9 il müddətində "İrəli" gənclərin daha çox sevdiyi, gənclər tərəfindən sosial aktivlik nümayiş etdirilən bir təşkilata çevrilib. Bu təşkilatın məqsədi dövlətin gənclər siyasətinə töhfə verməkdir. Təbii ki, burada gənc nəslin arzu, istək və təklifləri də nəzərə alınır.

Bu ilin iyulunda “İrəli” İB-nə keçirilən seçkilər zamanı mənim namizədliyim irəli sürüldü və yeni sədr seçildim. Sədrliyim dövründə təşkilatın əsas məqsədlərdən biri prezident İlham Əliyevin gənclər siyasətini dəstəkləmək və gənclərin inkişafına istiqamətlənmiş proqramlar yaratmaqdır. “İrəli”yə keçirilən seçkilər zamanı açıqladığım 7 istiqamət üzərində artıq işlər həyata keçirilir.

Regiondakı gənclərlə bağlı layihələr...

- Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Müqayisə etsək görərik ki, bu günün gəncləri daha tələbkardır. Düşünürəm ki, “İrəli” İB-nin fəaliyyəti bu cür gəncliyin üzərində qurulmalıdır. “İrəli” artıq strateji hədəflərini müəyyən edib. Həyata keçirəcəyimiz bir neçə layihəmiz var ki, onlar gənclərin inkişafına yönəlib. 

Regiondakı gənclərin inkişafına nail olmaq da qarşıya qoyulan məqsədlər sırasındadır.

Çünki paytaxtla yanaşı, regionlarda da istedadlı, bacarıqlı, savadlı və yaradıcı gənclər çoxdur. Onlarda gənclər təşkilatına üzv olmağa, lider kimi yetişməyə və ictimai proseslərdə aktiv iştirak etməyə həvəslidirlər.  

Gənclər mərkəzi, gənclər təşkilatı olmayan, eyni zamanda gənclərin ictimai aktivliyi müşahidə edilmədiyi bölgələrdə regionların sosial-inkişafı ilə bağlı dövlət proqramına uyğun olaraq layihələr həyata keçiriləcək. Bununla bərabər, ali və orta məktəblərdə gənclərin ictimai iştirakçılığını təmin etməyi də qarşıya məqsəd qoymuşuq. Bu bizim hədəfimizdir. “İrəli” İB-in yeni, unikal saytı hazırlanır və saytın təqdimatı keçiriləcək.

“İrəli”nin üzvləri...

- Son dövrlər ərzində təşkilata 500-dən artıq şəxs üzv olmaq üçün müraciət edib. Yeni üzvlər üçün yeni fəaliyyətlər nəzərdə tutulub. Ümumiyyətlə? təşkilatda üzvlük prosedurası tamamilə dəyişib. Amma artıq üzv olmuş şəxslərin yenidən üzv olmasına ehtiyac yoxdur. Onların üzvlükləri aktivliyini hələ də davam etdirilir.

Bəzi gənclərin radikal dini cərəyanlara və narkomaniyaya meyl etməsi...

- Azərbaycan bu gün regionda çox böyük nüfuza malikdir. İstənilən inkişaf etmiş ölkələrdə hər zaman problemlərlə qarşılayacağıq. Hər gün televiziyalardan hər hansısa bir insanın öldüyünü, hər hansısa gəncin radikal dini cərəyanlara qoşulduğu, narkomaniyaya meyl etdiyi kimi xəbərləri eşidirik. Bu,  Azərbaycan cəmiyyətinin inkişaf prosesində qarşılaşdığı problemlərdir. “İrəli” İB-nin qarşıya qoyduğu əsas prioritetlərdən biri də? gənclərin sağlam ruhda böyüməsidir. Bunun üçün rəhbərlik etdiyim təşkilat xüsusi proqram həyata keçirir.

Siyasi partiya və gənclər təşkilatları ilə əməkdaşlıq...

- “İrəli” bütün dövlət və qeyri-dövlət qurumları, istənilən gənclər təşkilatı və eyni zamanda, biznes qurumları ilə əməkdaşlığını davam etdirəcək. Gələn ay 7-8 təşkilatla Memorandum imzalayacağıq. “İrəli”nin beynəlxalq və xarici təşkilatlarla əməkdaşlığına gəlincə, təşkilatımız üzv olduğu iki böyük qurumla əlaqələrini daha da genişləndirmək niyyətindədir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız zamanı əsas məqsəd Azərbaycan gəncliyinin beynəlxalq səviyyədə fəaliyyətlərinin düzgün şəkildə formalaşdırılması olacaq.

Siyasi partiyaların özünə məxsus nüfuzu, planları var. “İrəli” İctimai Birliyini siyasi partiyalarda asılı hesab etmirəm. Biz həmçinin, gənclərin partiya asılılığına baxmırıq. Hər bir gəncin düzgün istiqamətində inkişafına çalışmalıyıq. “İrəli” hər bir gəncin təşkilatıdır. Düşüncəsi fərqli olan gənclər də bizim proqram və xidmətlərdən istifadə edə bilir. Bu, normaldır. “İrəli” Yeni Azərbaycan Partiyasına üzv olan gənclərlə daha aktiv işləyir.

Təşkilatımız eyni zamanda, ahılları, orta məktəb şagirdlərini də (14 yaşdan aşağı olan) düşünür.

Uşaqlıq və orta məktəb illəri...

- İndiki uşaqlar təbiilikdən bir qədər kənardırlar. Bu, cəmiyyətdə innovasiyanın daha sürətli inkişafı ilə bağlıdır. 3-5 yaşlı uşaqlar rahatlıqla müasir telefonlara oyun yükləyə bilirlər. Bizim dövrün uşaqları isə daha çox təbii üsullardan istifadə edirdi. Yəni indiki uşaqlar texnikaya daha çox meyl edirlər.

2006-cı ildə 287 saylı Zəkalar liseyini bitirmişəm. Yaxşı ki o liseyi seçmişəm. O məktəb çox gözəl təhsil verib. Bu il 700 bal toplayan gənclərdən üçü orta təhsil aldığım məktəbin məzunlarıdır. Bu, məndə qürur hissi yaratdı. İndi də sinif yoldaşlarımla görüşüb, fikir mübadiləsi aparırıq, istirahət edirik. Təbii ki, müəllim məni dərslərdə ayaq üstə də saxlayıb, dərsdən də qaçmışam, “iki” də almışam, imtahandan da kəsilmişəm. Bizim sinifdə oxuyan 21 nəfərdən 20-si dövlət ali məktəblərinə, mən isə özəl (Azərbaycan Universiteti) universitetə qəbul oldum. Bu, məni bəzən narahat edirdi.


İxtisas seçimi...

- Valideynlərim mənim humanitar sahədə təhsil almağımı istəyirdilər. Onlar daha çox tarixi oxumağı məsləhət görürdülər. Deyirdilər ki, öz tarixini bilməsən, hər hansı bir fikir yürüdə bilməzsən. Mən isə iqtisadiyyat sahəsinə maraq göstərirdim. Fikirləşirdim ki, gələcəkdə yaxşı iqtisadiyyat araşdırmaçısı ola bilərəm. Beləliklə, bakalavr və magistr pillələri üzrə iqtisadiyyat təhsili almışam.  Heç zaman gənclər təşkilatının rəhbəri olacağımı düşünməmişəm.

Azərbaycan gəncliyi və Dağlıq Qarabağ problemi...

- Hər bir Azərbaycan gənci bilməlidir ki, onun ən öndə problemi Dağlıq Qarabağ problemidir. Hər bir gənc hüquqları hələ də bərpa olunmayan azərbaycanlı qaçqın və məcburi köçkün gənclərin olduğunu bilməlidirlər və bunu unutmamalıdırlar. Təbii ki, bir çox beynəlxalq təşkilatların Dağlıq  Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verdiyi sözlər, BMT-nin 4 qətnaməsi var. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də münaqişə öz həllini tapmayıb.

Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkədir. Bu, bizə imkan verir ki, gənclər təşkilatları olaraq, qurduğumuz əlaqələr zamanı ilk olaraq Dağlıq Qarabağ problemindən danışaq.

Ailə, sevgi və dostluq...

- Ailə məsələləri ilə bağlı 7-8 ay araşdırma aparmışam. Ailə geniş anlayışdır. Ailə iki gəncin seçimidir. Bəzən həmin gənclərə ailələri tərəfindən müəyyən təzyiqlər olur və bu da müəyyən problemlərə gətirib çıxarır. Öncədən planlaşdırılmamış ailənin sonradan tibbi, mənəvi cəhətdən qazanılmış fəsadları qaçılmazdır. Düzgün planlaşdırılmamış ailələrdə sonradan ayrılıqlar olur.

Özüm hələ subayam. Təbii ki, ailə qurmağı planlaşdırıram. Münasibətdə olduğum bir xanım var, amma özümüzü hələlik o vəziyyətə (ailə qurmağa) hazır hiss etmirik.  

Mənim üçün yaxşı tanışlar və yaxşı dostlar var. Dostlarla tanışlar arasında kifayət qədər fərq var. Dost dediyim şəxslər barmaqla sayılacaq qədərdir. O qədər də çox dostum yoxdur – cəmi 5-6 nəfər. Bu o demək deyil ki, mənim yaxşı tanışlarım çoxdur. Mənə müəyyən işlərimdə köməklik göstərən kifayət qədər dostlarım var. O cümlədən, sosial şəbəkədə (Facebookda) 5000-ə yaxın dostum var. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı