Modern.az

Təhsil Nazirliyinə edilən şikayətlərin sayı artıb

Təhsil Nazirliyinə edilən şikayətlərin sayı artıb

Education

2 Dekabr 2014, 11:12

Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), kommutator xidmətinə daxil olan zənglərlə və vətəndaşların qəbulu mərkəzində 2014-cü ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən Modern.az-a daxil olan məlumata görə, telefon məlumat mərkəzinə 3858 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə çox) və kommutator xidmətinə 2800-ə yaxın zəng daxil olub. Vətəndaşların qəbulu mərkəzində isə 4140 vətəndaşa xidmət göstərilib.

Məlumatda qeyd olunur ki, telefon məlumat mərkəzinə və vətəndaşların qəbulu mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 954 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların qəbulu mərkəzində 966 sənəd (419 ərizə, 515 məktub, 32 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi ilə bağlı məsələlər əksini tapıb.

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı