Modern.az

Fərəc Quliyev: “Sərsəng su anbarının təmirini ermənilərə etibar etmək olmaz”

Fərəc Quliyev: “Sərsəng su anbarının təmirini ermənilərə etibar etmək olmaz”

Eğitim

4 Dekabr 2014, 11:01


“Hazırkı status-kvo şəraitində Sərsəng su anbarının təmirini ermənilərə etibar etmək olmaz”. Modern.az saytı xəbər verir ki, bunu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Deputat hesab edir ki, beynəlxalq donor təşkilatlar bu su anbarının təmiri üçün ayıracağı vəsaitlə onu nə ermənilərə təmir etdirə bilərik, nə də ermənilər bu vəsaiti Sərsəng su anbarının təmirinə xərcləməzlər:  

“Çünki, onlar ayrılan vəsaiti alsalar belə onu başqa istiqamətə xərcləyəcəklər. Azərbaycanın işğal edilmiş ərazisi humanitar fəlakətlə üz-üzə olduğu üçün dərhal beynəlxalq güclərin nəzarəti ilə geri qaytarılaraq Azərbaycanın özünün təmir və istismarına verilməlidir. Beynəlxalq donor təşkilatlar Sərsəng su anbarının təmiri üçün vəsait ayırmasalar belə Azərbaycan öz hesabına onu təmir etdirə bilər. Bunun üçün beynəlxalq təşkilatlar həmin ərazini Azərbaycanın ixtiyarına verməlidirlər. Hesab edirəm ki, məsələdən çıxış yolu yalnız budur”.

Elvin Abdulqədirov  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı