Modern.az

“Dərnəgül yolu”nda təmir dekabr ayında yekunlaşacaq” - “Azəryolservis”

“Dərnəgül yolu”nda təmir dekabr ayında yekunlaşacaq” - “Azəryolservis”

Eğitim

10 Dekabr 2014, 11:57

Bakının yollarında aparılan təmir işləri davam edir. Demək olar hər gün, hansısa prospektdə yolların təmirinə görə avtomobillərin hərəkəti tamamilə dayandırılır, yaxud ciddi şəkildə məhdudlaşdırılır. Bu isə işə, məktəbə, yaxud vacib iş arxasınca gedənlər üçün əlavə problemlərə səbəb olur. Problem həm də onunla bağlıdır ki, həftənin adi günləri yollarda təmir işlərinin intensiv getdiyini müşahidə etsək də,  nədənsə şənbə və bazar günləri təmir gedən bəzi ərazilərdə iş dayandırılır. Halbuki həmin günlərdə işi sürətlə görüb təmir prosesinin gedişini daha da sürətləndirmək mümkündür.

Maraqlı olan digər məqam isə Bakıda təmir işlərinə yay aylarında yox, ali və orta məktəblərdə dərslər başlayanda daha çox üstünlük verilməsidir. Bu da yollarda hər gün tıxacların artmasına, yaxud da nəqliyyat vasitələrinin dolayı yollarla hərəkət etməsinə səbəb olur.

Nəqliyyat vasitələrinin daha sıx olduğu “Dərnəgül yolu” uzun müddətdir təmirdədir: “Hazırda “Dərnəgül yolu”nda son tamamlanma işləri gedir. Dekabr ayı ərzində bütün işlər yekunlaşacaq”.

Bunu Modern.az-a  “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yollardakı təmir işlərindən danışarkən deyib. Onun sözlərinə görə, yolun əsas hissəsində tikinti işləri qurtarıb: “İki köməkçi hissədə bəzi işlər qalıb”.

O,  paralel olaraq lövhələrin, yol nişanlarının quraşdırılması istiqamətində işlərin davam etdiyini də bildirib.

Pünhan Mürsəliyev təmir işlərinin zəif getməsinə də münasibət bildirib: “Azəryolservis” şəhərdə heç bir yolu bağlamır. Biz  yolları bağlayanda isə elan yerləşdiririk. Bakı şəhər İcra Hakimiyyəti ilə paralel işləyirik. Hətta Ziya Bünyadov kimi böyük prospekti bağlayanda alternativ  yol qoyduq. İşləri hissə-hissə görürük”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı