Modern.az

“Məclis üzvü deyiləm, özümü legitim saymıram” - Vurğun Əyyub

“Məclis üzvü deyiləm, özümü legitim saymıram” - Vurğun Əyyub

Образование

27 Dekabr 2014, 12:27

“Dəfələrlə demişəm ki, mən Müsavat Partiyası Məclisinin üzvü deyiləm. Özümü legitim hesab etmirəm”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub deyib.

“İnsan özünü dərəcədə gülünc vəziyyətinə qoymalıdır ki, özünün olmadığı yerdən çıxarıldığını bəyan etsin. Əgər mən Məclis üzvlüyündən çıxarıldığımı demişəmsə, çıxarılma məsələm necə qaldırıla bilər?  Hazırda haqqımda deyilənlər, yazılanlar məni maraqlandırmır. Bu cür məsələlər mənə adi hal kimi görünür. Bu cür məsələləri kimlər, niyə gündəmə gətirir, bilmirəm”.

Müsavat Partiyası Məclisinin bugünkü iclasında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması barədə məsələ qaldırılsa da, sonradan gündəlikdən çıxarılıb.

Namidə BİNGÖL 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı