
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir. Modern.az xəbər verir ki, fevralın 19-na keçən gecə daha iki qarşılaşma keçirilib.
Madrid “Real”ı Almaniyada yerli “Şalke” ilə qarşılaşıb. Görüş “Real”ın qələbəsi ilə nətiəcələnib – 2:0.
“Portu” İsveçrədə “Bazel”in qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, 1/8 finalın dogər 4 oyunu 24-25 fevral tarixlərində keçiriləcək.
"Bazel" (İsveçrə) - "Portu" (Portuqaliya) - 1:1
"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya) - 0:2
PSJ (Fransa) - "Çelsi" (İngiltərə) - 1:1
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Bavariya" (Almaniya) 0:0
24 fevral
"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)
25 fevral
"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)
"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)