
AXCP sədri Əli Kərimili sərəncamla müavini Razi Nurullayevi tutduğu vəzifədən azad edib. Modern.az xəbər verir ki, bu haqda “Azadlıq” qəzetinə AXCP-dən məlumat daxil olub. AXCP mətbuat xidməti Razi Nurullayevin partiyadakı vəzifəsindən uzaqlaşdırılmasının səbəbini şərh etməyib.