Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Eğitim

6 Mart 2015, 12:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Paytaxtda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 7-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.
Martın 8-də isə Bakıda şimal küləyinin güclənəcəyi gözlənilir və temperatur nisbətən enəcək.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı