Modern.az

Keçmiş nazirlər Avropa Birliyini xəbərdarlıq edəndə Brüssel yatıb

Keçmiş nazirlər Avropa Birliyini xəbərdarlıq edəndə Brüssel yatıb

Təhsil

24 Mart 2015, 00:03

 

 

 

 

 

 

 

 

 

İsveçin keçmiş xarici işlər naziri Karl Bildt və Polşanın sabiq xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Ukrayna haqqındakı niyyətləri haqqında Avropa Birliyini xəbərdar etsə də, Brüssel yatırdı.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda İsveçrənin keçmiş xarici işlər naziri Karl Bildt bildirib. O qeyd edib ki, Rusiya 2013-cü ildə yanlış siyasət aparmağa başlayanda Brüssel məsələyə qətiyyətlə reaksiya verməli idi.

“Onlar Ukraynaya qarşı sanksiya tətbiq etməyə başlayanda biz bunun nəticələrini aydın görmədik. Xatırlayıram ki, mən və Radek (Sikorskini nəzərdə tutur-red) Brüsseli xəbərdarlıq etməyə çalışırdıq. Brüssel isə çox və ya az dərəcədə yatırdı. Bu nəyisə dəyişdirə bilərdimi? Mən bunu bilmirəm. Amma bu açıq-aydın səhv  idi”.

Keçmiş nazirin sözlərinə görə Kreml başçısı Vladimir Putinin niyyəti işğal edilmiş əraziləri anklavlara çevirməkdir.

“Düşünürəm ki, hal-hazırda o, anklavlar yaratmağa hazırlaşır”,-deyən Karl Bildt əlavə edib ki, Rusiyanın işğal etdiyi ərazilərdə yaradılmış “xalq respublikaları” praktiki olaraq hərbi əlaqələri bərkitməyə xidmət edir.

Karl Bildt bildirib ki, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamalı və müxtəlif üsullarla  Ukraynaya dəstək olmalıdır.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı