| № | Dövlət dəstəyinin sahələri | Sahələr üzrə mövzular |
| 1 | Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu | Vətəndaş cəmiyyəti quruculuğunda KİV-lərin rolu |
| 2 | Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi | Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratikləşmə prosesinin mühüm şərtidir |
| 3 | İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması | Vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsində KİV-lərin maarifləndirici fəaliyyəti |
| 4 | İctimai və dövlət maraqlarının müdafiəsi | İnformasiya cəmiyyətinə keçid: şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyi məsələləri |
| 5 | Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi | 1) Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq kontekstində 2) Dağlıq Qarabağ: yaddaşlarda qalan izlər |
| 6 | Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi | Azərbaycan dünyanın və regionun geosiyasi mənzərəsində |
| 7 | Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması | Doğma yurda gedən yolda yeni qəsəbələr |
| 8 | Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği | Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunmasında KİV-lərin rolu |
| 9 | Azərbaycançılıq ideyasının təbliği | Azərbaycançılıq ideyası milli həmrəyliyin təməl prinsipidir |
| 10 | Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi | İdmanın inkişafı - gənclərin fiziki və mənəvi kamilliyinə aparan yol |
| 11 | Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi | Dövlət proqramları regionların sosial-iqtisadi mənzərəsini dəyişir |
| 12 | Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi | Azərbaycan məhsulu xarici bazarda |
| 13 | İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi | Azərbaycanda informasiya texnologiyalarının inkişaf meylləri və elektron hökumət |
| 14 | Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi | Mən Azərbaycanlıyam |
| 15 | Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi | Azərbaycan - sivilizasiyaların qovuşduğu tolerant məkan |
| 16 | Ekologiya və ətraf mühitin mühafizəsi | Ekoloji tarazlığın qorunmasında ictimai nəzarət və məsuliyyət |
| 17 | Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması | Azərbaycan ailəsi modeli milli və bəşəri dəyərlər kontekstində |
| 18 | Uşaq və gənclərin fiziki və mənəvi inkişafı | 2009-cu il "Uşaq ili"dir |