Modern.az

Əli Kərimlinin həbs müddəti 5 ay uzadıldı

Əli Kərimlinin həbs müddəti 5 ay uzadıldı

Ölkə

Bu gün, 16:41

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb.

Modern.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

AXCP-nin yaydığı məlumata görə, Əli Kərimlinin həbs müddəti daha 5 ay artırılıb.

Ə.Kərimli "Ramiz Mehdiyev işi" üzrə istintaqa cəlb edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədrinə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV