Modern.az

Kürdlərin partiyası Paşinyanı təbrik etdi

Kürdlərin partiyası Paşinyanı təbrik etdi

Dünya

10 İyun 2026, 16:55

Türkiyənin kürdyönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan Ermənistanın baş naziri Nikol Paşinyana parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik məktubu ünvanlayıblar.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Təbrik məktubunda Paşinyanın Ermənistan vətəndaşlarının geniş dəstəyi sayəsində seçkilərdə inamlı qələbə qazandığı vurğulanıb.

“Partiyamız adından Sizi Ermənistan Respublikasında keçirilən demokratik seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu uğur Ermənistan vətəndaşlarının etimadı və güclü dəstəyi nəticəsində əldə olunub”, – məktubda qeyd edilib.

DEM Partiyasının rəhbərləri bildiriblər ki, Ermənistan xalqı son illərdə yaşanan çətinliklərə və regional gərginliyə baxmayaraq, səsvermə yolu ilə bir daha sülhə, sabitliyə və demokratik gələcəyə üstünlük verdiyini nümayiş etdirib.

Həmsədrlər Paşinyanın qonşularla sülh və regional əməkdaşlıq siyasətinin Cənubi Qafqazda davamlı sülh mühitinin formalaşmasına töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr