2025-ci ildə 18 yaşına çatmayan 478 şəxs şəxs cinayət məsuliyyətinə cəlb edilib
Modern.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bildirib.
O bildirib ki, ötən il dünyada 1,6 milyard uşaq evdə fiziki və psixoloji təzyiqlərlə üzləşib: “90 milyon uşaq 2025-ci ildə cinsi zorakılığa məruz qalıb. Bu statistika dünya miqyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Ancaq digər ölkələrlə müqayisədə bu sahələrdə Azərbaycanın vəziyyətini uğurlu hesab edə bilərik".
Baş prokuror qeyd edib ki, 784 nəfər 18 yaşına çatmayan şəxs zərərçəkmiş qismində qeydə alınıb.
"Digər ölkələrlə müqayisədə bu rəqəm həyəcanverici deyil, amma istəniləm halda bizi narahat edir. Əsas problemlərdən biri uşaqların hüquqi savadlılığının aşağı olması və bu prosesdə maarifləndirmə prosesinin zəif olmasıdır”.